Fənərbağça həbs olunan futbolçusu ilə yeni müqavilə imzaladı

04.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Fənərbağça" futbolçusu Mert Hakan Yandaş ilə yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, 31 yaşlı futbolçu daha 1 il "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.

Xatırladaq ki, "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaş qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar çərçivəsində həbs edilsə də, aprel ayında keçirilən məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью