Fənərbağça heyətini gücləndirdi

31.07.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Fənərbağça" yay transfer dönəmində növbəti ulduz futbolçunu heyətinə qatdı.

Fanat.Az xəbər verir ki, klub Portuqaliya millisinin sabiq üzvü, sağ cinah müdafiəçisi Nelson Semedu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

Klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilib ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb və o, komandaya azad agent statusunda qoşulub.

Semedonun son klubu İngiltərənin “Vulverhempton” komandası olub.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcının həmvətəni olan Semedonu heyətində görmək istədiyi bildirilirdi.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью