“Fənərbağça” idman klubunun üzgüçüsü hoteldəki yanğında həyatını itirib AZƏRTAC

21.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 yanvar, AZƏRTAC

Türkiyənin “Fənərbağça” idman klubunun üzgüçüsü Vedia Nil Apak və anası Ferda Apak hoteldəki yanğında həyatlarını itiriblər.

AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onlar Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğında ağır xəsarətlər alaraq vəfat ediblər.

Son xəbərlərə görə, yanğın zamanı 66 nəfər ölüb, 51 nəfər isə yaralanıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью