Fənərbağça İngiltərədə çıxış edən müdafiəçi ilə anlaşıb

17.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Aston Villa"da çıxış edən Dieqo Karlosla anlaşıb.

"Report" xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul təmsilçisi 31 yaşlı braziliyalı müdafiəçinin keçidi üçün Premyer Liqa klubu ilə də razılığa gəlib.

Qeyd edək ki, Dieqo Karlos 2022-ci ildən "Aston Villa"da çıxış edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью