Fənərbağça İsmail Kartalın istefa qərarını necə dəyişdirib?

12.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal istefa qərarını dəyişib.
Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Roma” ilə oyundan sonra keçirdiyi mətbuat konfransında komandadan ayrıldığını açıqlayıb. Kartal çıxışında futbolçulara, klub əməkdaşlarına və azarkeşlərə təşəkkür etsə də, prezident Aziz Yıldırım və rəhbərlik barədə danışmayıb.
Məlumata görə, məşqçi oyundan sonra klubun bazasına gedərək şəxsi əşyalarını toplayıb. Ertəsi gün saat 12:00-da keçirilən məşqə qatılmayan Kartal telefonunu da söndürüb.
Onunla əlaqə saxlaya bilməyən futbol üzrə məsul rəhbər Cihan Kamer və idman direktoru Oğuz Çətin məşqçinin evinə gediblər. Onlar Kartalın cümə namazından qayıtmasını gözləyiblər. Daha sonra tərəflər arasında təxminən 2 saat yarım davam edən görüş keçirilib.
Görüş zamanı Kamer və Çətinin bütün cəhdlərinə baxmayaraq, İsmail Kartal istefa qərarından geri çəkilməyib. Bundan sonra klub rəsmiləri qərargaha qayıdaraq baş verənlər barədə rəhbərliyə məlumat veriblər.
Məsələyə daha sonra klub prezidenti Aziz Yıldırım müdaxilə edib. Onun Kartalla ayrıca görüşərək təcrübəli çalışdırıcını komandada qalmağa razı saldığı bildirilib.
Yıldırım daha əvvəl Kartalın istefası ilə bağlı “Mən onun böyüyüyəm. Mən vəzifədə olduğum müddətdə İsmail Kartal buradan ayrıla bilməz” demişdi.
Nəticədə “Fənərbağça” İsmail Kartalın vəzifəsinin başında qaldığını rəsmən açıqlayıb. Klubun məlumatına əsasən, komanda bu gün saat 11:30-da Kartalın rəhbərliyi altında “Qaziantep” ilə qarşılaşmaya hazırlıqlara davam edəcək.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью