Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsmayıl Kartal “Fənərbağça”nın baş məşqçisi olaraq fəaliyyətini davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bununla bağlı klub açıqlama yayıb.
Bildirilir ki, komanda “Qaziantep”lə qarşıdakı matça hazırlığı Kartalın rəhbərliyi altında keçirəcək.
Qeyd edək ki, Kartal Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra “Fənərbağça”dan ayrıldığını açıqlamışdı.
İsmayıl Kartal bu ilin iyununda “Fənərbağça”nın baş məşqçisi təyin olunub. Komanda Türkiyə Superliqasında 4 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.
Kartal daha əvvəl 2014–2015, 2022 və 2023–2024-cü illərdə də “Fənərbağça”ya rəhbərlik edib.