“Fənərbağça” İspaniya klubuna uduzdu

11.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasında VI tura start verilib.

Modern.az xəbər verir ki, açılış oyunu Türkiyədə keçirilib. “Fənərbağça” İspaniyanın “Atletik” klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul nəhənginin heyətində 69-cu dəqiqədə Mərt Müldür meydandan qovulub.

Qeyd edək ki, Avropa Liqasında VI turun digər oyunları dekabrın 12-si və 13-də reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью