Fənərbağça klubu səhmlərinin bir hissəsini satdı

11.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Fənərbağça" İdman Klubu "Fənərbağça" Futbol A.Ş.-dəki səhmlərinin 4.8%-ni xarici investora satdığını açıqlayıb.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" klubunun İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlama belə olub:

"Fənərbağça" İdman Klubu buraxılmış kapitalın 4.8%-ni təşkil edən 12 000 000 ədəd B qrupu səhmini xüsusi sifarişlə xarici investora satıb. Səhmin satış qiyməti 46.10 Türkiyə lirəsidir.

Əməliyyat nəticəsində "Fənərbağça" İdman Klubunun "Fənərbağça" Futbol A.Ş.-dəki pay nisbəti. 62.27%-ə qədər azalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью