Fənərbağça klubunda Joze Mourinyo problemi hələ də davam edir

23.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə nəhənglərindən olan "Fənərbağça" rəsmiləri təcrübəli baş məşqçi Joze Mourinyoya ayrılığı üçün lazım olan təzminatı ödəməmək üçün təklif gəlməsini gözləyirlər.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, adı Portuqaliya millisi ilə hallanan Joze Mourinyo təklifi qəbul edəcəyi təqdirdə "Fənərbağça"ya təzminat ödəməli olacaq.

Əgər "Fənərbağça" klubu mütəxəsisslə yolları ayırmaq qərarına gəlsə, 25 milyon avroluq təzminat ödəyəcək.

Ali Koç və köməkçiləri isə bu məsələni iyun ayında keçiriləcək prezident seçkisindən öncə həll etmək istəyirlər.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbağça" ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью