“Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım Bakıya gəlib

03.08.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.
Newscenter.az xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью