Fənərbağça lı azarkeş əsəbiləşib televizoru qırıq qırıq etdi VİDEO

03.12.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbağça" - "Qalatasaray" derbisində 95-ci dəqiqədə vurulan qol matçın taleyini tam dəyişib və sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Milli.Az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsinə qədər "Qalatasaray" 1:0 hesabı ilə qabaqda gedirdi. Lakin əlavə vaxtda Duranın vurduğu gözlənilməz qol "Fənərbağça"ya tarixi bərabərlik gətirib. Bu anlar milyonlarla azarkeşi həyəcanlandırsa da, bir fanat matçın sonunu görə bilməyib.

Məlum olub ki, əsəbilərinə hakim ola bilməyən "Fənərbağça" azarkeşi 90-cı dəqiqədən sonra oyunun bitdiyini düşünərək televizoru söndürüb və hirsindən cihazı sındırıb. Azarkeş bununla "bülbül"lərin son saniyələrdə hesabı bərabərləşdirdiyindən xəbərsiz qalıb.

Hadisə sosial mediada sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilər azarkeşin hərəkətini müxtəlif reaksiyalarla qarşılayıblar.

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью