Fənərbağça Livakoviçsiz qaldı

15.01.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Super Liqanın XIX turunda "Konyaspor"a qarşı keçirdikləri qarşılaşmada zədələnən 30 yaşlı qolkiper təxminən 1 ay məcburi istirahət edəcək.

Müayinə zamanı onun sağ ayağının arxa əzələsində yırtıq așkarlanıb.

Qeyd edək ki, "Konyaspor" - "Fənərbağça" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью