“Fənərbağça” Lukakunun transferini bitirdi

11.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Fənərbağça” futbol komandası heyətini dünya şöhrətli hücumçu Romelu Lukaku ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisinin İtaliyanın “Napoli” futbol komandasına 33 yaşlı forvard üçün ikinci rəsmi təklifi qəbul edilib. Məbləğin 6 milyon avrodan (11,8 milyon manat) çox olduğu bildirilir. İlk 6 milyon avroluq təklif “Napoli” tərəfindən rədd edilmişdi.

Belçikalı hücumçunun “Napoli” ilə müqaviləsinin 2027-ci ilin yayında başa çatması da İtaliya klubunun onu bu transfer pəncərəsində satmaq istəyini artırır. İtaliya mətbuatında Neapol təmsilçisinin əvvəlcə futbolçu üçün təxminən 10 milyon avro tələb etdiyi bildirilirdi.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью