“Fənərbağça” məğlub oldu

07.12.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Superliqasında XV turun mərkəzi oyunu keçirilib.

Manset.az xəbər verir ki, prinsipial görüşdə “Beşiktaş” və “Fənərbağça” komandaları üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda reallaşan İstanbul derbisi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Çiro İmmobile vurub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Beşiktaş” 4-cü pilləyə yüksəlib. “Fənərbağça” isə 32 xalla 2-ci yerdə qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью