“Fənərbağça” mövsümün sonunda Edin Ceko ilə yollarını ayıracaq

22.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 aprel, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandasından mövsümün sonunda ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Bosniya və Herseqovinadan olan hücumçusu Edin Ceko ilə vidalaşacaq. Onunla yayda başa çatacaq sözləşmə uzadılmayacaq.

İddiaya görə, 39 yaşlı forvard Xorvatiyanın “Hayduk” komandası ilə anlaşıb.

Qeyd edək ki, 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edən Edin Ceko 94 matçda 44 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью