Fənərbağça mübarizədən kənarlaşdırılsa icazə verəcəm Benfikanın prezidenti

08.08.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Benfika" rəhbərliyi Kerem Aktürkoğlunun transferi ilə bağlı qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, klubun prezidenti Rui Kosta "Fənərbağça"nın Çempionlar Liqası yolunda "Feyenord" ilə keçirəcəyi matçlardan sonra vəziyyətə aydınlıq gətirəcəyini bildirib.

Bu barədə məlumatı "O Jogo" nəşri yayıb.

Məlumata görə, "Fənərbağça" əgər bu mərhələdə mübarizədən kənarlaşsa, Rui Kosta Kerem Aktürkoğlunun transferinə icazə verəcək. Əks halda İstanbul təmsilçisinin avrokuboklarda yoluna davam etməsi oyunçunun keçidini çətinləşdirə bilər.

Bu açıqlama azarkeşlər arasında böyük rezonans yaradıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью