Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı.
Moderator.az "A Spor"a istinadən xəbər verir ki, Kuyt mövsümün qalan hissəsində Emre Belözoğlunun məşqçilər korpusunda yer almayacaq.
Kuyt "Fənərbağça"nı müvəqqəti baş məşqçi kimi iki oyuna çıxarıb. Komanda bu görüşlərdə bir qələbə qazanıb və bir dəfə məğlub olub.