Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fənərbağça" komandasının fanklubunun lideri İbrahim Gümüştekin güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda baş verib.
Məlumata görə, İbrahim Gümüştekinə Kadıköydə silahla hücum olub: "Güllələnən fanklub lideri xəstəxanaya yerləşdirilib".
İnsidenti kim və ya kimlərin nə üstə törətməsi haqda xəbər verilməyib.
Yeri gəlmişkən, İbrahim Gümüştek bu ilin yanvar ayının 11-də də hücuma məruz qalıb. Həmin vaxtı onunla bir yerdə olan 24 yaşlı Şükrü Can Köseoğlu ölüb.
Fərid ASLAN
MİA.AZ