Fənərbağça nın daha bir futbolçusunun əli sınıb

14.02.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Edin Dzekonun əlində sınıq aşkarlanıb.

"Report" xəbər verir ki, 38 yaşlı hücumçu UEFA Avropa Liqasının pley-off mərhələsində "Anderlext"ə (Belçika) 3:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.

Bununla belə, o, xüsusi sarğı sayəsində qarşıdakı görüşlərdə iştirak edə biləcək.

Qeyd edək ki, bir müddət əvvəl məşq sırasında "Fənərbağça"nın digər futbolçusu Mert Hakan Yandaşın da əli sınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью