Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Fənərbağça" klubunda çıxış edən Sofian Amrabat İtaliya nəhəngi "Yuventus"dan təklif alıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, futbolçu ilə klub rəsmiləri arasında ilkin danışıqlar olsa da, klublar arasında görüş baş tutmayıb.
"Yuventus"a transfer olunmaq istəyən Amrabat "Fənərbağça" rəsmiləri ilə görüşərək müsbət cavab vermələrini xahiş edib.
Qeyd edək ki, hazırda "Yuventus" klubunun baş məşqçisi çalışan İqro Tudor "Qalatasaray"ın sabiq baş məşqçisidir.