Fənərbağça nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

06.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyədə "Fənərbağça" prezidentliyinə namizəd olan Hakan Safinin transfer vədlərinə Portuqaliyadan gözlənilmədən çox sərt və kəskin reaksiya gəlib.

Fanat.Az xəbər verir ki, "Sportinq" klubunun prezidenti Frederiko Varandaş İstanbul nəhənginin transfer etmək istədiyi ulduz futbolçu Luis Suares (Luis Suarez) ilə bağlı son nöqtəni qoyub.

Klub rəhbəri portuqaliyalıların geri addım atmayacağını bildirib: "Hakan Safi seçkiləri qazanarsa, Luis Suaresin transfer qiyməti rəsmən 80 milyon avrodur. Bu məbləğdən bir qəpik də aşağı düşməyəcəyik.

Bizimlə gəlib danışıqlar masasına oturmağa belə ehtiyac yoxdur, sadəcə tələb olunan pulu ödəmələri kifayətdir".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью