Fənərbağça nın kapitanının sürücülük vəsiqəsi əlindən alınıb

27.10.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fənərbağça" basketbol klubunun kapitanı Melih Mahmutoğlunun sürücülük vəsiqəsi əlindən alınıb.

​​​​​​"Cebheinfo.az" "Türkinform"a istinadən xəbər verir ki, buna idmançının sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

Yoxlanış zamanı həddindən artıq alkoqol qəbul etdiyi aşkarlanan təcrübəli basketbolçunun nəqliyyat vasitəsi müvəqqəti olaraq hərəkətdən kənarlaşdırılıb. Bununla yanaşı, M.Mahmutoğluna inzibati cərimə də kəsilib.

Məsələ ilə bağlı klubdan açıqlama verilməyib. Qarşıdakı günlərdə intizam prosesi ilə əlaqədar qiymətləndirilmə aparılacağının gözlənildiyi bildirilib.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью