Fənərbağça nın keçmiş oyunçusu xəstəxanaya yerləşdirildi

07.04.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir vaxtlar "Fənərbağça”da çıxış edən 37 yaşlı braziliyalı futbolçu Luiz Qustavo xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, "San Paulo” ilə məşqdən əvvəl klub həkimlərinə sinə ağrısı ilə bağlı şikayətini dilə gətirib.

Müayinələrdən sonra ağciyər embolisi (Ağciyərlərdə tıxanmış qan damarının yaratdığı) diaqnozu qoyulan Qustavo xəstəxanaya yerləşdirilib.

Onun həyati təhlükəsinin davam etdiyi bildirilib.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью