Fənərbağça nın oyunçusu ilə bağlı sensasiyalı elan verildi: Axtarılır | Icma.az
Icma.az, Mia.az portalına istinadən məlumat yayır. "Fənərbağça"nın yayda heyətinə cəlb etdiyi seneqallı Amara Diufla bağlı şok xəbər yayılıb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Seneqal mətbuatı futbolçu haqqında "itki elanı" verib.
Sensasiya yaradan elanda futbolçunun itkin düşdüyü iddia olunub. Elanda yazılıb: "Bu futbolçu zədələndikdən sonra yoxa çıxıb.
Görənlərdən xahiş olunur, yeri haqqında məlumat versinlər..." Bu elan dünyanın bir çox ölkələrində maraqla qarşılanıb.
İstanbul klubu bu xəbərdən dərhal sonra Amara Diufin məşq prosesindən görüntüsünü yayıb. Xatırladaq ki, Amara Diuf 17 yaşındadır.
Fərid ASLAN MİA.AZ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu