Fənərbağça nın ulduz qolkiperi həbs oluna bilər

04.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fənərbağça" klubunun xorvatiyalı ulduz qolkiperi Dominik Livakoviç həbs olunma təhlükəsi ilə üzləşib.

Oxu.Az "Zadarnews"a istinadən xəbər verir ki, Zadar Respublika Prokurorluğu Xorvatiyanın Krk adasındakı Muraj kəndində yerləşən mədəni və tarixi ərazidə icazəsiz tikinti apardığı iddia edilən "Fənərbağça"nın qapıçısı haqqında istintaq başladıb.

UNESCO tərəfindən qeydiyyata alınan əraziyə baxış zamanı bildirilib ki, mədəni sərvət kimi qorunan şəhər divarı qazıntı zamanı zədələnib, daha sonra isə bina möhürlənib.

Qeyd edək ki, hadisələrlə bağlı istintaq başa çatdıqdan sonra Livakoviçə veriləcək cəza bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью