Fənərbağça nın ulduzuna 40 milyonluq təklif

08.08.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem Yunayted" yeni hücumçu transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, London klubu “Fənərbağça”nın forvardı Yusuf En-Nesri üçün 40 milyon avro dəyərində təklif hazırlayır.

Bu barədə məlumatı "Fichajes" nəşri yayıb.

Mərakeşli hücumçu son mövsümdə göstərdiyi məhsuldar oyunla bir çox Avropa klubunun diqqətini çəkib.

“Vest Hem” rəhbərliyi isə onun Premyer Liqada da eyni təsiri göstərə biləcəyinə inanır.

Transferin baş tutacağı təqdirdə En-Nesri “çəkiççilər”in yay pəncərəsindəki ən bahalı keçidlərindən biri olacaq.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью