Fənərbağça nın unudulmaz ulduzunun oğlu İtaliya yolunda

19.02.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fənərbağça" azarkeşlərinin qəlbində taxt quran Nikola Anelkanın oğlu Kais Anelka, atasının izi ilə peşəkar futbol dünyasına addım atmağa hazırlaşır.

Fanat.Az italyan mətbuatına istinadən xəbər verir ki, hazırda "Pari Sen-Jermen"in 19 yaşlılardan ibarət komandasında çıxış edən 17 yaşlı hücumçu İtaliyanın "Modena" klubu ilə anlaşmaq üzrədir.

2008-ci il təvəllüdlü gənc forvardın karyerasında yeni bir səhifə açmaq üçün Paris klubundan ayrılaraq İtaliyada təcrübə toplamağa müsbət yanaşdığı bildirilir.

Nikola Anelka və belçikalı Barbara Tausiyanın övladı olan Kais, həm Fransa, həm də Belçika vətəndaşlığına sahibdir və hücum xəttindəki sürəti ilə diqqət çəkir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью