Fənərbağça nın yeni transferi İstanbula gəlir 4 illik müqavilə imzalanacaq

31.01.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Aktiv transfer dövrü keçirən “Fənərbağça” “Srvena Zvezda”nın sağ cinah müdafiəçisi Oqnyen Mimoviçlə anlaşıb. 20 yaşlı futbolçu transfer danışıqlarını davam etdirmək üçün İstanbula gəlir.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun "Fənərbağça" ilə 4 illik müqavilə imzalaması gözlənilir.

Transferi haqda danışan 20 yaşlı sağ cinah müdafiəçisi dedi: "Qələbə mütləq vidalaşmaq üçün yaxşı bir yoldur. Asan deyil, amma ən azından qələbə ilə ayrılıram." 

Xatırladaq ki, “Srvena Zvezda”da 33 matça çıxan gənc sağ cinah müdafiəçisi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью