Fənərbağça onun üçün 100 milyondan keçməyə hazırdır

11.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" dünya futbolunda böyük səs-küy doğuracaq tarixi transfer əməliyyatının maliyyə detallarını müəyyənləşdirib.

Fanat.Az tanınmış insayder və jurnalist Yağız Sabuncuoğluya istinadən xəbər verir ki, klub rəhbərliyi ingiltərəli ulduz hücumçu Meyson Qrinvud və klubu ilə ümumi maliyyə yükü təxminən 106 milyon avro təşkil edən rəsmi şərtlər üzərində tam razılıq əldə edib.

Protokolları imzalanan transferin şərtlərinə görə, İstanbul klubu oyunçunun bonservisi üçün "Marsel"ə 50+5 milyon avro ödəyəcək.

Futbolçunun özünə isə 4 illik müqavilə çərçivəsində illik 12 milyon avro maaş və 3 milyon avro bonus veriləcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью