“Fənərbağça” onunla yollarını ayırır

23.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyənin “Fənərbağça” klubunda daha bir ayrılıq yaşanacaq.

“Cebheinfo.az” xəbər verir ki, Samet Akaydın İstanbul klubundan ayrılmağa hazırlaşır.

Onun meneceri Belçika klubları ilə danışıqlar aparır. Transferin bir neçə gün içində açıqlanması gözlənilir. 

30 yaşlı müdafiəçi qış transfer pəncərəsində xaricə transfer olmaq istədiyini klub rəhbərliyinə bildirib. 

Qeyd edək ki, Samet Akaydın bu mövsüm “Fənərbağça”da meydana çıxdığı 7 matçda 1 qol vurub. 

Ötən ilin yanvar ayında İstanbul klubuna transfer olan türkiyəli futbolçunun müqaviləsi 2026-cı ilə qədərdir.

Elmir
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью