“Fənərbağça” Portuqaliya millisinin ulduzunu aldı FOTO

31.07.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo karyerasına Türkiyədə davam edəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Fənərbağça" ilə müqaviləyə imza atacaq. 

Bu barədə məlumatı insayder Fabritsio Romano verib.

Transfer yaxın günlərdə açıqlanacaq.

31 yaşlı futbolçu "Benfika", "Barselona" və "Vulverhempton" kimi klublarda forma geyinib.

Semedo ötən mövsüm 38 oyunda, 9 sarı vərəqə alıb və 5 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью