Fənərbağça portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb

02.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə anlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qardaş ölkənin idman nəşrləri məlumat yayıb.

Məlumata görə 51 yaşlı baş məşqçinin müqaviləsinin müddəti 1,5 illik olacaq. O, İstanbul klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul"a qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək.

Xatırladaq ki, 16 xalla Superliqada altıncı yerdə qərarlaşan "Fənərbağça" bir neçə gün öncə sabiq baş məşqçisi İsmayil Kartalla yollarını ayırıb. Serjiu Konseysau son olaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью