Fənərbağça prezidentinin 3 ilədək həbsi istənilir Hakim qarşısına çıxarıldı

22.01.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qanunsuz mərc reklamında ittiham edilən Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran və daha dörd nəfərin bu gün məhkəməsi baş tutub.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağlayandakı İstanbul Ədliyyəsində hakim qarşısına çıxarılan Sarana 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası istənilir.

İstanbul Respublika Prokurorluğunun ittiham aktına əsasən, Sadettin Saranın sahibi olduğu “S Sport”da yayımlanan futbol matçlarında virtual reklam texnikaları ilə lisenziyasız və qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. Alan Kenan Saran, Azade Zeynep Haksal və Emre Eren də iş üzrə şübhəli qismində yer alır.

Adıçəkilən şəxslər ittihamları qəbul etməyib. Növbəti məhkəmə iclasının yaxın günlərdə baş tutacağı gözlənilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью