“Fənərbağça” PSJ nin futbolçusu ilə anlaşıb AZƏRTAC

22.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 yanvar, AZƏRTAC

Fransanın PSJ komandasının futbolçusu Milan Şkrinyar karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi müqavilə bağlamaq üçün bu gün İstanbulda olacaq.

Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm PSJ-nin heyətində 5 matçda meydana çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью