Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Türkiyənin "Fənərbağça" komandası növbəti transferini açıqlayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi Fransa təmsilçisi PSJ-dən heyətinə qatdığı Milan Şkrinyarla müqavilə imzalayıb.
Slovakiyalı futbolçu cari mövsümün sonunadək Superliqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, bu, “Fənərbağça”nın qış fasiləsində 3-cü transferidir. Klub daha əvvəl müdafiəçi Dieqo Karlos və yarımmüdafiəçi Anderson Taliskanın keçidini həll edib.