Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Fənərbağça" müdafiə xəttini gücləndirmək üçün iddialı addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Ceyden Osteruoldenin mövsüm sonunda komandadan ayrılma ehtimalını dəyərləndirən İstanbul klubu PSJ-nin braziliyalı stoperi Beraldonu hədəfə alıb.
"Sarı-lacivərdlilər" ulduz müdafiəçini heyətinə qatmaqla müdafiədə yaranacaq boşluğu doldurmaq niyyətindədir.
Hazırda klubun braziliyalı oyunçunu yaxından izlədiyi və transfer şərtləri ilə maraqlandığı bildirilir.