“Fənərbağça” “Qarabağ”a transfer təklifi göndərib?

31.01.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fənərbağça” “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevə heç bir təklif göndərməyib.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Ərtəm Şənər məlumat verib.

O bildirib ki, Türkiyə təmsilçisi futbolçuya nə rəsmi, nə də qeyri-rəsmi təklif göndərib.

Tanınmış jurnalistin sözlərinə görə, “Qarabağ” rəhbərliyi 24 yaşlı müdafiəçi üçün təklif daxil olacağı təqdirdə mövzunu dəyərləndirəcək.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью