Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Türkiyənin "Fənərbağça" klubu hücum xəttinə dünyaşöhrətli forvard gətirməyə çox yaxındır.
Fanat.Az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Seru Qirassinin transferi üçün "Borussiya Dortmund" ilə 25 milyon avro qarşılığında tam razılığa gəlib.
Şərtlərə əsasən sözügedən məbləğ Almaniya klubuna hissə-hissə ödəniləcək.
Qirassinin isə "Fənərbağça"da illik 10 milyon avro maaş alacağı bildirilir.