Fənərbağça Raşfordu alır

25.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin "Fənərbağça" klubu qarşıdakı yay transfer pəncərəsi üçün səs-küylü transfer planları qurur.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul nəhəngi yeni mövsümdə ingiltərəli ulduz hücumçu Markus Raşfordu (Marcus Rashford) heyətinə qatmaq üçün rəsmi həmlə edə bilər.

İnformasiyanı jurnalist Sercan Hamzaoğlu yayıb.

Məlumata görə, Hücum xəttini dünya səviyyəli futbolçu ilə gücləndirməyi hədəfləyən sarı-lacivərdlilərin rəhbərliyi 29 yaşlı forvardın vəziyyətini yaxından izləyir. Mövsümün sonunda "Fənərbahçə"nin bu səs-küylü keçidlə bağlı konkret addımlar atacağı istisna olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью