“Fənərbağça” Real Madrid in futbolçusu ilə razılıq əldə edib

19.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Lukas Vaskes karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi “Fənərbağça” ilə razılıq əldə edib.

O, klublararası dünya çempionatından sonra La Liqa təmsilçisini tərk edəcək. Türkiyə klubu oyunçunu transfer haqqı ödəmədən heyətinə qatacaq.

Qeyd edək ki, Lukas Vaskes 18 ildir Madrid klubunun formasını geyinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью