Fənərbağça Real Madrid in ulduzu üçün təklif hazırlayır

01.12.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubu gələn yay heyətinə ulduz futbolçu qatmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Antonio Rüdigeri transfer siyahısına daxil edib.

"Fənərbağça" almaniyalı oyunçu üçün 2+1 illik müqavilə təklifi hazırlayır.

Rüdigerlə İtaliya, İspaniya, İngiltərə və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən "Real Madrid"də çıxış edir. Onun Madrid təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью