“Fənərbağça” “Real”ın futbolçusu üçün hərəkətə keçir İdmanXəbər

20.11.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Premyer Liqasından adı açıqlanmayan bir klub “Fənərbağça”nın müdafiəçisi Ceydon Ostervolde ilə danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, bu transfer reallaşarsa, “sarı-göylər” dərhal Antonio Rüdiger üçün addım atacaq.

“Fənərbağça”nın təcrübəli müdafiəçini uzun müddətdir izlədiyi və müdafiə xəttini gücləndirmək istədiyi bildirilir.

Ostervolde ilə bağlı qərarın qış transfer pəncərəsində veriləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью