​“Fənərbağça” rəqibin 18 yaşlı ulduzunu “oğurladı”

03.07.2026

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə yay transfer pəncərəsinin açılması ilə klubların transfer hazırlıqları sürətlənib. Yeni mövsümə böyük hədəflərlə hazırlaşan Superliqa nəhəngləri iddialı komanda qurmaq üçün “ulduz ovu”na çıxıblar.

Metbuat.az xəbər verir ki, gərgin rəqabət fonunda mövsümün ən səs-küylü transfer bombasını partlatmağa hazırlaşan “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”a gözlənilməz zərbə vurub. Sarı-lacivərdlilər sarı-qırmızılıların gələcək vəd edən 18 yaşlı gənc ulduzu ilə razılıq əldə ediblər.

Bu transfer əməliyyatı qardaş ölkənin idman mediasında və azarkeşlər arasında böyük ajiotaj yaradıb. “Qalatasaray” rəhbərliyinin komandada saxlamaq üçün uzun müddətdir danışıqlar apardığı gənc istedadın əzəli rəqibin düşərgəsinə keçməyə razılıq verməsi azarkeşlər tərəfindən narazılıqla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью