Fənərbağça Sitinin ulduzunu hədəfə aldı: Mourinyo özü məşğul olacaq

26.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

"Fənərbağça" "Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bruyneni transfer edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

İstanbul klubunun baş məşqçisi Joze Mourinyo əlaqələrindən istifadə edərək bu transferi həyata keçirməyi planlaşdırır. Belçika millisinin üzvünün xidmətində ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.

33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm "Mançester Siti"nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью