Fənərbağça slovakiyalı müdafiəçiyə görə PSJ ilə danışıqlar aparır

26.06.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İstanbulun "Fənərbağça" klubu PSJ-dən icarə əsasında heyətinə qatdığı slovakiyalı müdafiəçi Milan Şkriniarın transfer hüquqlarını əldə etməyə hazırlaşır.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, klubun baş məşqçisi Joze Mourinyo da futbolçunun klubda qalmasına israr edir.

Artıq klubun PSJ ilə danışıqlar apardığı və yaxın günlərdə futbolçunun taleyi haqqında son məlumatın veriləcəyi bildirilir.

Xatırladaq ki, Milan Şkriniar yanvar ayında "sarı-lacivərdlər"ə icarəyə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью