Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Superliqasının 12-ci turunda "Fənərbağça" səfərdə "Kocaelispor"la heç-heçə edib - 2:2.
Moderator.az xəbər verir ki, "Turka Kocaeli" stadionunda keçirilən qarşılaşmada hesabı 61-ci dəqiqədə Milan Şkrinyar açıb.
"Kocealispor" 71-ci dəqiqədə Berkan Kutlunun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə Maqlitsa cərimə zərbəsindən fərqlənərək meydan sahiblərini önə keçirib.
"Fənərbağça" məğlubiyyətdən 90+3-cü dəqiqədə Meyson Qrinvudun vurduğu qolla xilas olub.
Bu nəticədən sonra hər iki komandanın xalı 20-yə çatıb.