Fənərbağça transfer danışıqlarına başlayıb İki futbolçunu saxlamaq istəyir | Icma.az
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fənərbağça" çempionluq yarışında "Qalatasaray"la mübarizəni davam etdirərkən, növbəti mövsüm üçün də transfer işlərinə başlayıb.
BAKU.WS xəbər verir ki, İtaliya mətbuatı "Fənərbağça" ilə "Yuventus" arasındakı transfer danışıqlarını açıqlayıb.
"Fənərbağça"nın serb futbolçusu Filip Kostiç kluba keçdikdən sonra bu mövsüm komandanın ən önəmli oyunçularından birinə çevrilib.
Sol cinahdakı oyunu ilə klubun əsas oyunçusu olan və əhəmiyyətli qol töhfələri verən 32 yaşlı futbolçu bu mövsüm 29 matçda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Baş məşqçi Joze Mourinyo da Filip Kostiçi komandada saxlamaq istəyir.
Mourinyo Kostiçin komandada qalması üçün rəhbərliyə xüsusi müraciət edib.
"Yuventus" rəhbərliyi də Kostiçin növbəti mövsüm komandada olacağını düşünmür.
Tam oxu
Xəbəri oxu