Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasında növbəti ayrılıq reallaşacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul klubu müdafiəçi Samet Akaydın ilə vidalaşacaq. Türkiyə millisində də çıxış edən 30 yaşlı oyunçu yerli və xarici klublarla danışıqlar aparır.
Daha əvvəl komandanın digər müdafiəçisi Linkoln Henrikenin icarə əsasında İngiltərənin “Hall Siti” klubuna keçəcəyi açıqlanıb.