Fənərbağça ulduz forvard üçün 35 milyonu gözdən çıxardı

02.07.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Türkiyə Super Liqasında çempionluq hədəfləyən "Fənərbağça" hücum xəttini dünya səviyyəli bir adla gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Borussiya Dortmund"un ulduz forvardı Seru Qirassi üçün transfer təklifini astronomik həddə - 35 milyon avroya qədər qaldırıb.

Hücum xəttindəki effektivliyi artırmaq istəyən rəhbərlik bu transferi bitirməkdə olduqca qərarlıdır.

Əgər tərəflər arasında tam razılıq əldə olunarsa, bu keçid yay transfer pəncərəsinin ən səs-küylü imzalarından biri olacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью