Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı nəhəngi “Əl-İttihad” Türkiyənin “Fənərbağça” klubunun mərakeşli hücumçusu Yusif ən-Nesyrinin xidmətində maraqlıdır. Futbol ulduzu Kərim Benzama ilə yollarını ayırmağa hazırlaşan “Əl-İttihad” heyətini mərakeşli qolçu ilə gücləndirmək istəyir.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul təmsilçisi Yusif ən-Nesyri üçün 35 milyon avro transfer haqqı tələb edir. Səudiyyə Ərəbistanı klubu bu məbləği ödəməyə həvəsli olduğu üçün keçidin tezliklə baş tutacağı gözlənilir. Bu transfer baş tutacağı təqdirdə Nesyri “Fənərbağça”nın satdığı ən bahalı futbolçu kimi tarixə düşəcək.
Qyed edək ki, 29 yaşlı futbolçu “Fənərbağça” forması ilə 30 qola imza atıb. Onun İstanbul klubu ilə 2029-cu ilə kimi müqaviləsi var.